Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Viral.az-a verilən məlumata görə, o, instaqram vasitəsilə tanış olduğu şəxslərə investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların pullarını ələ keçirib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.
Son Yazılar:
- Azərbaycan Basketbol Liqasında yeni mövsümün I turunun təqvimi AÇIQLANDI
- Livanda yaşayış binasına zərbə ENDİRİLDİ
- Kəlbəcərdəki “İstisu” mineral suları necə istehsal edilir?
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.