Rəsmi Ankara Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir.
Viral.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın oxuduğu bəyanatda deyilib.
Qeyd olunub ki, Ankara Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını regionun gələcəyi üçün tarixi fürsət hesab edir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Ərdoğan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində işlərin davam etdiyini də bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, Bakı ilə Ankara arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür və Türkmənistan təbii qazının Azərbaycan ərazisindən Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir.