Sentyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Viral.az xəbər verir ki, iclası açıq elan edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cari ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə deputat mandatı qazanmış partiya üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra iclasın gündəliyində duran məsələlərə baxılıb. İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunması məsələsi müzakirə edilib. Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksək dəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Daha sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilmək üçün YAP yerli təşkilatlarının təqdimatlarına baxılıb. Məsələ haqqında YAP sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri – Azər Badamov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Musa Quliyev, Bahar Muradova, Hikmət Məmmədov, Bayram Aslanov və Arif Rəhimzadə çıxış etdikdən sonra müvafiq qərar qəbul olunub.
Sonra iclasda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti”ndə dəyişiklik edilməsi məsələsinə dair təqdimatla çıxış edib, İdarə Heyətinin üzvlərini maraqlandıran sualları cavablandırıb.
Məsələ ətrafında müzakirələrdən sonra sözügedən sənədə dəyişikliklər təsdiq edilib.
İclasın sonunda cari məsələlər müzakirə edilib. Ölkəmizin növbəti mühüm siyasi proseslər ərəfəsində olduğunu deyən Tahir Budaqov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini və partiyamızın bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.