İspaniyanın “Atletiko” (Madrid) komandası azarkeşlərin üzlərini gizlədə biləcək geyimlə stadiona daxil olmasını qadağan edəcək.
Viral.az xəbər verir ki, ötən gün La Liqanın VIII turunda doğma meydanda “Real”ı (Madrid) qəbul edən “Atletiko”nun üzlərini gizlətmək üçün maska taxan bəzi azarkeşləri meydançaya yad əşyalar atıblar.
Bu səbəbdən stadiona gələn şəxslərin üzünün görünməsinə mane olan hər hansı geyimdən istifadəsinə qadağa qoyulacaq. Qaydanı pozan azarkeşlər stadiondan uzaqlaşdırılacaq.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Qeyd edək ki, paytaxt təmilçisi ölkə çempionatında səkkiz turdan sonra 16 xalla üçüncü pillədə qərarlaşıb.