Türkiyə Superliqasında “Beşiktaş” növbəti qələbəsini qazanıb.
Viral.az xəbər verir ki, VII turun bağlanış oyununda “Kayserispor”un qonağı olan “ağ-qaralar” 3:0 hesabı ilə qalib gəlib.
İstanbul təmsilçisinin heyətində 56-cı dəqiqədə Gedson Fernandeş hesabı açıb. 78-ci və 90+1-ci dəqiqələrdə fərqlənən Çiro İmmobile yekun hesabı müəyyənləşdirib.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran “Beşiktaş” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 3 xala malik “Kayserispor” isə 17-ci sırada yer alıb.