Qaxda keçmiş məhkumun çürümüş meyiti TAPILDI

Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb.

Viral.az xəbər verir ki, hadisə rayonun Qum kəndində baş verib.

1962-ci il təvəllüdlü Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə tapılıb.

Son Yazılar:

Bildirilir ki, E.Yusifov əvvəllər əmlakı qəsdən məhvetməyə görə məhkumluq həyatı yaşayıb. O, azadlığa çıxdıqdan sonra tək yaşayırmış.

Onun təxminən 8-10 gün əvvəl vəfat etməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.