Livanın “Hizbullah” hərəkatı İsrail silahlı qüvvələrinin atdığı addımlar nəticəsində arsenalının təxminən yarısını itirib.
Viral.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Avropa İttifaqındakı mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi Livanın cənubuna hərbi müdaxilənin miqyasını bilərəkdən gizlədir.
Son Yazılar:
- Azərbaycanda 80 MİNLİK XINA: ""Tanrı, məni quş elə" deməyimi istəyirlər" – VİDEO
- Ərdoğan ilə Mark Rütte Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə EDƏCƏK
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
Qeyd edək ki, “Hizbullah” baş katibinin müavini Naim Qasım sentyabrın 30-da etdiyi çıxışında hərəkatın İsrail qüvvələrinin Livan ərazisinə qurudan müdaxiləsi halında onları dəf etməyə hazır olduqlarını və düşmənin məqsədlərinə çatmasına imkan verməyəcəklərini söyləyib. O vurğulayıb ki, İsrail ordusu bütün səylərə baxmayaraq, “Hizbullah”ın hərbi potensialını məhv edə bilməyib və edə bilməyəcək.
Xatırladaq ki, İsrail sentyabrın 23-də Livandakı “Hizbullah” birləşmələrinə qarşı “Şimal oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hücumlar həyata keçirir. Sentyabrın 17 və 18-də Livanda peycerlərin partlamasından və buna görə İsrailin günahlandırılmasından sonra ölkələr arasında münaqişənin gərginləşməsinin yeni mərhələsi başlayıb.