Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Viktor Osimhen UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunu zədə səbəbindən buraxacaq.
Viral.az xəbər verir ki, 25 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.
O, bu səbəbdən Avroliqada Latviya təmsilçisi RFS ilə matçda meydana çıxa bilməyəcək. Sözügedən qarşılaşma oktyabrın 3-də Latviyada baş tutacaq.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə