İranın İsrailə hücumu: İtkilər açıqlandı

İranın İsrail ərazisinə kütləvi raket hücumu zamanı az sayda itki qeydə alınıb.

Viral.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Təl-Əviv təcili yardım xidməti bildirib ki, raket zərbələri nəticəsində yalnız iki nəfər yüngül xəsarət alıb. Daha bir neçə nəfər sığınacaqlara qaçarkən yaralanıb.

Son Yazılar:

Həmçinin, ABŞ İranın zərbəsi nəticəsində İsraildə hər hansı ölüm və ya hərbi-strateji hədəflərin vurulması barədə məlumatları təsdiq etməyib.