İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə Yaxın Şərq regionunda böyük müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Viral.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
O bildirib ki, Avropa İsrailə nəzarət etməlidir.
Son Yazılar:
- İstanbul boğazında gəmilərin hərəkəti DAYANDIRILDI
- On minlərlə ev və iş yeri işıqsız qaldı
- Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
“Əks halda İranın cavabı ilə üzləşəcək və region böyük müharibəyə başlayacaq”, – deyə Əziz Nəsirzadə xəbərdarlıq edib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.