Saxta 100 manatlıqla benzin almaq istəyən şəxsin əməli ifşa OLUNDU

Bakıda saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.

Viral.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Son Yazılar:

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb.

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.