Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.
Viral.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var”, – agentliyin həmsöhbəti bildirib.
Son Yazılar:
- Lamiyə Vəliyeva əcnəbi ilə evlənir – FOTO
- Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif etdi
- Həftəsonu sürücülərin növbəti imtahanı olacaq
Məlumata görə, gəmi Rostov-na-Dondan Samsun limanına gedirdi. Gəmini sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.