Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Viral.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100kv.m, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.
Son Yazılar:
- Gün ərzində nə qədər enerji içkisi içmək olar?
- Yatmazdan əvvəl meyvə yeməyin – XƏBƏRDARLIQ
- Bu ölkədə Tiktok bir illik BAĞLANIR
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.