Rusiya ilə ABŞ arasında münasibətlər Vaşinqtonun bəyanatlarından və hərəkətlərindən asılı olacaq.
Viral.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ bizə dost olmayan ölkədir və hər şey təbii ki, bundan sonra hansı bəyanatların veriləcəyindən, ölkəmizə münasibətin necə təzahür edəcəyindən, planlardan və digər məsələlərdən asılı olacaq”, – Kreml rəsmisi vurğulayıb.