İşğaldan azad edilmiş kəndlərdə dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik məharəti, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Qazax rayonunun işğaldan azad edilmiş və dövlət başçısının növbəti ali tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin ərazilərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə aparılır.