Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Viral.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qızı Qəmərtac Maqsudova şahid qismində ifadə verib. Bildirib ki, hadisə baş verəndə anası ilə birgə maşında olublar: “Biz körpünü keçdikdən sonra səs eşitdik. Maşını saxladıq. Aşağı düşüb öncə heç nə görmədik. Maşının güzgüsü qırılmışdı. Ağlımıza güzgünü sağımızdan keçən maşının qırması gəldi. Sonra adam vurduğumuzu gördük. Atam tez nəbzini yoxladı. Sağ idi. Atam, anam, mən və orada olan digər sürücülərin köməyi ilə vurduğumuz adamı maşına mindirdik. Mənə yer olmadığı üçün qaldım. Atam onu Sabunçu xəstəxanasına apardı. Həmin an mən şokda idim. Şəxsi maşına mindirməkdə yardım etdiyimi mənə sonra dedilər”.
Həmçinin şahid ifadəsində qeyd edib ki, ətrafda piyada keçidi olmayıb: “Biz onu görmədik. Maşınların trayektoriyasında dəyişiklik olmadı. Hamı öz sırası ilə gedirdi. O yolda sürət həddi 90-dır. Biz 80-90 arası sürətlə hərəkət edirdik. Səs eşidəndən sonra əyləcə basdıq. Əyləcə basıb, maşənı saxlamağımız 30-50 saniyə çəkdi. Biz həmin şəxsi görsəydik belə, hadisənin yaxşı sonluqla bitəcəyinə inanmıram”.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Müdafiə tərəfi Qəmərtac Maqsudovanın istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətin olduğunu bildirib.
Qəmərtac Maqsudova istintaqda ifadəsində bildirib ki, hadusə zamanı atası və anası söhbət edirmiş. Bundan başqa, o, hadisə baş verən zaman hadisə yerində anası ilə birgə qalıb. Q.Maqsudova istintaqdakı ifadəsini təkzib edib.
Məhkəmə Sabunçu Rayon Polis Şöbəsinin müstəntiqi Samir Kərimovun ifadə verməsi üçün məhkəməyə dəvət olunması barədə qərar qəbul edib.
Məhkəmənin növbəti prosesi oktyabrın 21-nə təyin olunub.
Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub.
Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.