İsrail ordusu Qəzzada 450-dən çox radikalın məhv edildiyini AÇIQLADI

İsrail Müdafiə Qüvvələri son üç ayda Qəzza zolağında 450-dən çox fələstinli radikalı zərərsizləşdirib.

Viral.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son üç ay ərzində müdafiə qüvvələrimiz hava zərbələri və birbaşa toqquşmalar nəticəsində 450-dən çox terrorçunu məhv edib, eləcə də Qəzza zolağında yüzlərlə infrastruktur obyektini yerlə yeksan edib”, – məlumatda bildirilir.

Son Yazılar:

Mətbuat xidmətindən həmçinin əlavə edilib ki, 252-ci diviziyanın hərbçiləri Fələstin anklavında təxminən 8 kilometr uzunluğunda olan tuneli aşkarlayaraq məhv ediblər.