Beynəlxalq konfrans iştirakçıları Şuşaya səfər etdi

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər edib.

Viral.az APA-ya istinadən xəbər verir ki, onlar Şuşa şəhərinin mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, qala divarları ilə tanış olublar.

Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Son Yazılar:

Qonaqlar həmçinin ötən il Şuşa həbsxanasının ərazisində aşkarlanmış kütləvi məzarlığın aşkarlandığı əraziyə də baş çəkiblər.

Bildirilib ki, ötən il bu ərazidə 31 nəfərə aid olması ehtimal edilən insan qalıqları aşkarlanıb: “Bir-birinin üzərində tapılmış qalıqların üzərində zədə izləri varıydı. Toplanmış materiallar faklta təsdiq edirdi ki, buradakı insanlara çoxsaylı işgəncələr verilib və onlarla qeyri-insani rəftar edilib”.