Rusiyada müstəntiqlər araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevə xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürüblər.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, keçmiş vəkilin işi üzrə üç şahid dindirilib.
“Paşayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin (xüsusilə külli miqdarda dələduzluq) törədilməsində ittiham olunub. Öz növbəsində keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib”, – agentliyin hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
O qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı cinayət işinin istintaqı çərçivəsində sübutların toplanması davam edir.