Ukraynadakı istənilən fransız hərbi qulluqçusu təlimatçı və ya muzdlu əsgər statusunda Rusiya Federasiyası üçün qanuni hədəfdir.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Fransız təlimatçıları ilə bağlı suala gəlincə, mənim inanmağa əsasım var və çoxlu konkret faktlar var ki, onlar artıq Ukraynada işləyirlər. İstər Fransa Silahlı Qüvvələrinin üzvləri olsunlar, istərsə də sadəcə muzdlular, onlar silahlı qüvvələrimiz üçün qanuni hədəfi təmsil edirlər”, – Rusiya diplomatik departamentinin rəhbəri qeyd edib.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Xatırladaq ki, Fransa Ukraynaya təlimatçı qismində hərbçi göndərmək niyyətində olduğunu açıqlayıb.
(redaktor.az)