-->

Bakıda 3 nəfərdə 11 kq narkotik aşkarlandı

1717503704 665f059e455c4665f059e455c51717503390665f059e455c2665f059e455c3

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb.

 

Viral.az DİN-ə istinadən xəbər verir ki, onlardan 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb. Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Həmçinin, Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində keçirilən tədbirlərlə 57 fakt qeydə alınıb. Qanunsuz dövriyyədən 34 kiloqram narkotik vasitə və psixotrop maddələr çıxarılıb.

Son Yazılar:

 

 

1717503674 665f059e5613c665f059e5613d1717503390665f059e56139665f059e5613b