Litva İran İslam İnqilabı Keşikçiləri Korpusunu [SEPAH] terror təşkilatı elan edən ilk Aİ ölkəsi oldu.
Viral.az xəbər verir ki, Litva Seyminin bu qərarını jurnalistlərə parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Emanuelis Zingeris açıqlayıb.
“Aİ-də bu təşkilatın terrorçu xarakteri ilə bağlı bəyanat verən ilk biz olduq. İndi Daxili İşlər Nazirliyi SEPAH üzvlərinin Litva sərhədini keçməməsini təmin etməlidir”, – o bildirib.