Xamenei HƏMAS və Hizbullaha çağırış ETDİ

Hizbullahın vəzifəsi Qəzza zolağının müdafiəsidir.

Viral.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xamenei Tehranda cümə xütbəsi zamanı deyib.

O, Hizbullah və HƏMAS-a müraciət edərək, onları mübarizəni davam etdirməyə və ümidsizliyə qapılmamağa çağırıb:

Son Yazılar:

“Region ölkələri sülh və əmin-amanlıq axtarır, yeganə problem xarici müdaxilədir” deyən Xamneyi ABŞ-ı İsraili dəstəkləməkdə ittiham edib.

“Əqsa tufanı” (7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu – red.) əməliyyatını “bütün bölgəyə xidmət” adlandıran Xamenei 27 sentyabrda öldürülən Hizbullah lideri Həsən Nəsrullahın ədalətli mübarizənin önündə olduğunu vurğulayıb.