Bakıda pirojki satılan yerdə siçovul görüntülənib. Sosial şəbəkədə yayılan iyrənc mənzərədə siçovulun satışa qoyulan pirojkini yeməsi əks olunub.
Viral.az Real TV-yə istinadla xəbər verir ki, görüntülər metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən “Zülfi Ustanın” obyektində lentə alınıb.
Dönərxanada çalışmadığını iddia edən xanım isə “bütün mətbəxlərdə siçan olur” deyib. Obyektdə işləyənlər bununla da kifayətlənməyərək işini icra edən agentliyin müfəttişlərini də hadisə yerindən qovmaqdan çəkinməyiblər.
Son Yazılar:
- Məktəb direktoru faciəvi şəkildə öldü – FOTO
- Cəlilabadda su bəndi yenidən QURULUR
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
Bundan başqa məkanda antisanitar vəziyyətin hökm sürdüyü də aşkar edilib.
Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.
Daha ətraflı süjeti təqdim edirik: