Xəzər dənizində suyun səviyyəsinin ildən-ilə düşməsi narahatlıq doğuran məqamlardandır. Artıq bu problemin həll olunması istiqamətində mühim addım atılır.
Viral.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb.