Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırovun adı Rusiyanın “Rekordlar kitabı”na daxil edilib.
Viral.az “Kommersant”a istinadla xəbər verir ki, bu barədə məlumatı sözügedən kitabın baş redaktoru Stanislav Konenko açıqlayıb.
Məlumata görə, Adam Kadırov Rusiya Federasiyası subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc sədri olaraq həmin kitaba əlavə edilib.
Son Yazılar:
- Rusiya ordusu daha bir kəndi işğal etdi
- İranın XİN rəhbəri Bəşər Əsədlə GÖRÜŞDÜ
- Balababa Rzayevə şiddətli töhmət VERİLDİ
Konenko, həmçinin Rusiyanın “Rekordlar kitabı”nı populyarlaşdırdığına görə Adam Kadırova medal da təqdim edib.
Xatırladaq ki, Adam Kadırov 2023-cü il noyabrın 5-də Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib. Bu zaman onun 15 yaşı vardı.