Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində iki nəfərin ağır xəsarət aldığı bildirilir. Onlardan biri Şirvan, digəri isə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son Yazılar:

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.