-->

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

photo 264490

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Viral.az-a verilən məlumata görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfov Şabran və Quba rayonlarında keçirilən meşəbərpa tədbirində deyib.

Bildirilib ki, nazirlik rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzləri əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib. Tədbirlər çərçivəsində Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində ümumilikdə 5 mindən çox müxtəlif növ ağac tingi əkilib.

Son Yazılar:

 

R.Əşrəfov bildirib ki, meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ rayonlarının meşə fondu torpaqlarında da təşkil olunub, gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 35 min ədəd müxtəlif növ ağac tingi əkilib.

0be0159a fbeb 4cb5 b9f5 6f1558cbe578 2e24645c 7066 4843 af40 cb1d81148b7f 1fedc420 0dff 4468 8da1 5deb27dc70df f7d5190a 1da4 428f 93df 5d46a47fd34c 08ebf4be 20e4 4f0f 8389 8f8fa921c0fa