Fransa Prezidenti Emmanuel Makron İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlar üçün istifadə etdiyi silahların bu ölkəyə tədarükünü dayandırmağa çağırıb.
Viral.az xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.
“Düşünürəm ki, bu gün əsas prioritet siyasi həll yoluna qayıtmaq və Qəzzada döyüş əməliyyatları aparmaq üçün istifadə edilən silahların tədarükünü dayandırmaqdır. Fransa İsraili bu silahlarla təmin etmir” – dövlət başçısı vurğulayıb.
Son Yazılar:
- Trampa qarşı 4 cinayət işi var: müzakirə başladı
- Bayden Trampı təbrik etmək NİYYƏTİNDƏDİR
- Makron Trampla 25 dəqiqə danışdı, RAZILAŞDI
Fransa prezidentinin sözlərinə görə, indi əsas vəzifə eskalasiyanın qarşısını almaqdır.
“Livan yeni Qəzzaya çevrilməməlidir”, – Makron əlavə edib.