Peşəkar Futbol Liqası ötən ilin bu günü Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində Xankəndi şəhərində keçirilən “Qarabağ” – MOİK oyunu (1:0) ilə bağlı süjet hazırlayıb.
Viral.az xəbər verir ki, süjetdə həmin vaxt Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə söhbətləşdiyi, onlara xüsusi diqqət göstərdiyi anların görüntüləri yer alıb.
PFL-in ərsəyə gətirdiyi videoda həmin şəhid övladları da öz xatirə və təəssüratlarını bölüşüblər.
Son Yazılar:
- Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü
- “Fənərbağça”nın baş məşqçisi əməliyyat üçün ölkə xaricinə yollanacaq
- Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib
Şəhid övladının biri Prezident İlham Əliyevlə bağlı xatirəsini danışıb: “İlham baba dedi ki, get papağını tax. Mən də dedim ki, onda yerimi saxla, gələcəyəm. Papağımı geyinib gələndə gördüm ki, yerimi saxlamışdı”.
Digər şəhid övladı isə ölkə başçısı ilə dialoqunu belə xatırlayıb: “İlham Əliyev gülümsəyərək mənə dedi ki, sən mənim nəvəmə çox oxşayırsan”.
Daha ətraflı videomaterialda: