Bursada meşəlik ərazi yanır

Türkiyənin Bursa vilayətinin Orhaneli bölgəsində yerləşən meşəlik ərazidə yanğın baş verib.

 

Viral.az xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 38 quru texnikası, 3 helikopter və iki ədəd 2 AT 805 tipli yanğınsöndürmə təyyarəsi cəlb olunub.

Son Yazılar:

 

Yerli vaxtla təxminən saat 13.30 radələrində başlayan yanğın bölgədə əsən küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə yayılıb. Alovlara müdaxilə davam edir.