Litva gömrüyü Rusiya ordusu üçün nəzərdə tutulan hərbi təyinatlı yükləri ələ keçirib.
Viral.az xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.
Məlumata görə, Kaunas ərazi gömrüyünün əməkdaşları Kalininqraddan Moskvaya gedən sərnişin qatarlarında 4 hərbi təyinatlı yük aşkarlayıblar.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Bundan başqa, sentyabrın 27-si, 29-u və 30-da Kalininqraddan hərəkət edən qatarda topları gizlətmək üçün kamuflyaj torları aşkar edilib.
Litva gömrüyünün məlumatına görə, bu cür yüklər adətən Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən müxtəlif ictimai təşkilatların üzvləri tərəfindən göndərilir.
Litva gömrüyü müsadirə edilən məhsulları yardım kimi Ukraynaya göndərəcək.