Mais Bərxudarov vəzifəsindən azad EDİLDİ

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib.

Viral.az Unikal-a istinadla xəbər verir ki, general-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.

Qeyd edək ki, bu vəzifəni əvvəlcə general-leytenant Mais Bərxudarov icra edirdi. O, hazırda sərəncama götürülüb.

Son Yazılar:

Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.