Naxçıvanda 6 mərmi aşkar edilib

Naxçıvan MR Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib.

 

Viral.az-ın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 122 mm-lik, 1 ədəd 112 mm-lik, 1 ədəd 87 mm-lik top mərmisi, 1 ədəd 84mm-lik minaatan mərmi, 1 ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

Son Yazılar: