Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 227,7 manat təşkil edib.
Viral.az Dövlət Turizm Agentliyinin hesabatına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 344,2 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 15,6 % çoxdur.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İkinci yerdə 308,8 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, ötən illin eyni dövrü ilə müqayisədə 83,1 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306,5 manat olmaqla Quba hotelləri tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.
Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275 manata (+ 11,5 %), Şamaxıda 223,9 manata (+ 18,5 % ), Bakıda 211,2 manata (+ 40 %), Lənkəranda 183,3 manata (- 22,2 %), Şabranda 165,6 manata (+ 9,9 %), Qaxda 161,6 manata (+ 8,4 %), Şəmkirdə 157,6 manat (+38,2 %), İsmayıllıda 156,6 manat (ötən ilki rəqəm göstərilməyib) ötən il , Şəkidə 149,4 manat ( + 15,2 %), Naxçıvanda 126,3 manat (+26,3 %), Qusarda 108,8 manat (–48,1 % ) başa gəlib.