İsrail səfirliyi yaxınlığında partlayış törədildi

Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı iki partlayışdan beş gün sonra baş verdiyini bildirib.

Son Yazılar:

“Biz İsrail səfirliyi yaxınlığında baş vermiş əvvəlki insidentlə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur”, – Kopenhagen polis müfəttişi Trine Myöller jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən iki İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.