“Gənclər Paytaxtı” olan Şuşa şəhərinə simvolik açar təqdim edildi

“Gənclər Paytaxtı” olan Kazan şəhərinin simvolik açarı 2024-cü ilin “Gənclər Paytaxtı” olan Şuşa şəhərinə təqdim edilib.

 

Viral.az xəbər verir ki, Şuşa – İƏT “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub.

Son Yazılar:

 

Sonra qonaqlar konsert proqramını izləyiblər.

 

İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər də təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

 

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.