Ermənistan Cənubi Koreyadan döyüş tankları almaq İSTƏYİR

Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabr ayında Cənubi Koreyaya səfər edərkən “Hyundai Rotem” şirkəti tərəfindən hazırlanmış K2 “Qara panter” döyüş tanklarının alınması imkanlarını öyrənib.

Viral.az xəbər verir ki, bu barədə “Armenpress”in məlumatında bildirilib.

Qeyd olunur ki, Ermənistanın müdafiə naziri sentyabrın 9-u və 10-da Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş süni intellektlə bağlı yüksək səviyyəli görüşdə iştirak edib. Papikyanın Cənubi Koreyanın K2 tankına xüsusi maraq göstərdiyi və onun tədarükü ilə bağlı danışıqlara başladığı da bildirilib.

Son Yazılar:

Cənubi Koreya ordusunun istifadə etdiyi K2 döyüş tankı xüsusilə effektiv və dağ şəraiti üçün uyğun olan qabaqcıl texnologiya ilə təchiz edilib.

K2 Polşa və Türkiyə kimi ölkələr tərəfindən alınıb.