Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Samur Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan kişi meyitinin kimliyi məlum olub. DNT analizindən sonra meyitin 2002-ci il təvəllüdlü Mahmud Məlikova məxsus olduğu təsdiqlənib.
Viral.az xəbər verir ki, Siyəzən rayon sakini sentyabrın əvəvli itkin düşüb.
Mahmud Kamal oğlu Məlikovun anası polisə məlumat verib ki, oğlu sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.
Son Yazılar:
- Qaz limitində DƏYİŞİKLİK OLACAQ? – Vacib məlumat verildi
- Azərbaycanın Xalq artisti vəfat ETDİ – FOTO
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
Məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.
Onun hansı şəraitdə kanala düşdüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır (modern.az).