Azərbaycan MDB-nin hər bir dövləti ilə müstəqil münasibətlər xəttini qurur.
Viral.az xəbər verir ki, bunu rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko deyib.
“Azərbaycanın siyasəti hamı ilə – Mərkəzi Asiya dövlətləri, Rusiya Federasiyası, Cənubi Qafqazdakı qonşular və digərləri ilə ədalətli və bərabərhüquqlu qarşılıqlı əlaqələrə nail olmağa yönəlib”, – o bildirib.
Son Yazılar:
- Qənirə Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: “Həkim kimi fəaliyyət göstərmirəm”
- Futbolçunun anası hakimi vurdu – VİDEO
- Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul ETDİ
Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri dövlət başçıları arasında çox konstruktiv və əhəmiyyətli dialoq əsasında qurulur.
“Mən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında da daimi dialoqun olduğunu görürəm. Yayda Şuşa media forumunda olmuşam, Özbəkistan, Qırğızıstan və regionun digər ölkələrinin dəstəyi ilə tikilmiş müxtəlif obyektləri görmüşəm. Bu, tərəfdaşlığın və həmrəyliyin çox ciddi insani komponentidir, buna görə də mən Azərbaycanın postsovet məkanı dövlətləri arasında dialoq və inkişaf strategiyasının qurulmasında oynadığı konstruktiv rola böyük hörmətlə yanaşıram”, – M.Şevçenko qeyd edib.
O hesab edir ki, MDB Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli dialoq üçün yaxşı platformaya çevrilə bilər.
“MDB strukturunun dövlətdən üstün heç bir səlahiyyəti yoxdur, lakin İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin üçtərəfli görüşü üçün bir platforma kimi əla yerdir”, – politoloq bildirib.