Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Putin Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forumda iştirak edəcək.
Son Yazılar:
- 110 yaşlı nənə uzunömürlülüyün sirrini açdı: Hər gün bu içkini içir
- “Taliban” bu məsələdə Rusiyadan kömək İSTƏDİ
- Paşinyan KTMT sammitində iştirak edəcək?
Dəvət olunan ölkələrin liderləri arasında Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan prezidentləri, bir sıra digər dövlətlərin nümayəndələri də var.
Qeyd olunur ki, Vladimir Putin Aşqabadda İran prezidenti Məsud Pezeşkianla da görüş keçirməyi planlaşdırır.