“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”.
Viral.az xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb.
“İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – Harris deyib.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair sübutlar tapacağı təqdirdə, hərbi əməliyyatlara əl atılacağı ilə bağlı sualları cavablandırmayıb.
Bundan başqa, vitse-prezident Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəyini bildirib.
“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı söz sahibi olmalıdır”.
Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala dəqiq cavab verməyib.