Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Viral.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.
Sanksiya siyahısına xüsusilə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, bölmənin özü, həmçinin Müdafiə Nazirliyinin 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu daxildir.