Sverdlovsk vilayətinin Dövlət Yol Müfəttişliyi Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin kortejinin avtomobillərinin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma aparır.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə regional idarə məlumat yayıb.
“Sverdlovsk vilayətinin Dövlət Yol Müfəttişliyi nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarını pozduğunu əks etdirən yayımlanan video ilə bağlı araşdırma aparır. Hazırda yol-nəqliyyat müfəttişləri tərəfindən qayda pozuntularına yol vermiş şəxslər barəsində inzibati qaydada tədbirlər görülməsi məqsədilə sürücülərin şəxsiyyəti müəyyənləşdirilir”, – deyə rayon Dövlət Yol Müfəttişliyindən bildirilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd olunur ki, iyunun 4-də Polşanın Rusiya Federasiyasındakı səfiri Kşiştof Krayevski Yekaterinburqa qeyri-rəsmi səfərə gəlib. Daha sonra yerli mediada Polşa dövlət nömrə nişanlı avtomobillərin yol hərəkəti qaydalarını pozduğunu əks etdirən video yayılıb. “Ura.news” xəbər verir ki, bu avtomobillər tərəfindən 3 dəfə yol hərəkəti qaydaları pozulub.
(redaktor.az)