Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov vəfat edib.
Viral.az Rusiyanın “mk.ru” saytına istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Onun ölüm səbəbi açıqlanmayıb.
Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — “Sport”, “Molodyoj Azerbaydjana” “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib.
O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəisi vəzifəsində işləyib.
1993-cü ildən Moskvada yaşayır. 1997-ci ildə Moskvada tanınmış “Rosbalt” informasiya agentliyini yaratmışdı. O, agentliyin Direktorlar Şurasının sədridir. Eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru idi.