Külək Goranboyda fəsadlar TÖRƏTDİ

Goranboyda küləkli hava şəraiti səbəbilə iri gövdəli ağaclar aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb.

Viral.az APA-ya istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində Goran-Naftalan avtomobil yoluna iri gövdəli ağac aşıb.

Nəticədə ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Son Yazılar:

Küləkli hava şəraiti səbəbilə rayonun bir neçə kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür.