Külək Goranboyda fəsadlar törətdi – FOTO

Goranboyda küləyin törədiyi fəsadların aradan qaldırşlmasına başlanılıb.

Viral.az xəbər verir ki, rayonun fövqəladə hallar komissiyası ərazidədir.

Hazırda ağacın doğranıb, yolda hərəkətin bərpa edilməsi istiqamətində işlər aparılır.

Son Yazılar:

Əraziyə işçi qüvvəsi və ağır texnika cəlb olunub.

***

Goranboyda küləkli hava şəraiti bəzi fəsadlara yol açıb.

Viral.az “Azərtac”a istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində Goranboy – Naftalan avtomobil yoluna irigövdəli ağac aşıb. Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Küləkli hava şəraiti rayonun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub.

Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.