“Damla” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də gündəmə səs salıb.
Viral.az xəbər verir ki, toy məclisinə fərqli qısa saç düzümü, üzərinə isə ağ uzun qol köynək, qısa şort və eyni rəngdə uzun dəri çəkmələr geyinən sənətçinin qalmaqallı obrazı müzakirələrə səbəb olub.
Damlanın bu imici sosial şəbəkəyə yayıldıqdan sonra izləyiciləri qəzəbləndirib.
Son Yazılar:
- Metronun bu stansiyasında qatarların hərəkət qrafiki DƏYİŞDİRİLİR
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
İfaçının geyiminin toya uyğunsuz və zövqsüz olduğunu hesab edən sosial şəbəkə əhli Damlanı yazdıqları şərhləri ilə tənqid ediblər.
Qeyd edək ki, həmin görüntüləri jurnalist Şahin Cavadsoy sosial şəbəkə hesabında paylaşıb. (bizim.media).