Almaniya Ukraynaya əlavə 400 milyon avro yardım EDƏCƏK

Almaniya hökuməti Ukraynaya əlavə 400 milyon avro hərbi yardım ayırmaq niyyətindədir.

Viral.az xəbər verir ki, bunu RND nəşrinə müsahibəsində Almaniya Ordusnun Baş Qərarhah rəisi, general-mayor Kristian Froydinq deyib.

O bildirib ki, artıq Bundestaq layihəni təsdiqləyib.

Son Yazılar:

K.Froydinqin sözlərinə görə, bununla da Ukraynada 2024-cü il ərzində ümumi həcmi 1,4 milyard dollar təşkil edən 50 layihənin maliyyələşdirilməsinə dəstək təmin olunacaq.

Almaniya ordusunun rəsmisi Ukrayna ordusunun silah-sursatla təchizatında əhəmiyyətli irəliləyişin əldə olunduğunu da açıqlayıb.