Bakıda 10-11 oktyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) keçiriləcək.
Viral.az tədbirin təşkilatçılarına istinadən xəbər verir ki, konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” adlanır.
Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edəcəklər.
Son Yazılar:
- Enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ
- Saqqızın tərkibində təhlükəli maddələr VAR
- Azərbaycanda 12 günlük bayram tətili başa ÇATDI
Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.
İki gün davam edəcək tədbir Heydər Əliyev Mərkəzində keçiriləcək.